satellite   Azerspace-1: 11135 H 30000

Almaniya klubu Bundesliqadakı rekordunu təkrarlayıb

Almaniya klubu Bundesliqadakı rekordunu təkrarlayıb

Almaniyanın "Borussiya" (Dortmund) klubu Bundesliqadakı rekordunu təkrarlayıb.

NTV xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi bunu XXIII turun açılış matçında öz meydanında "Mayns 05"i 4:0 hesabı ilə darmadağın etdiyi matçda reallaşdırıb.

Bu qarşılaşmada dörd qol vuran komanda ardıcıl 15-ci Bundesliqa oyununda fərqlənməyi bacarıb. Bununla da "Borussiya" turnirdəki rekordunu təkrarlayıb.

Daha əvvəl ardıcıl 15 matçda qol vurmaq rekorduna iki dəfə imza atılıb. 1980-ci ildə "Hamburq" bunu reallaşdırıbsa, 2013-cü ildə "Borussiya" Yurgen Kloppun rəhbərliyi altında oxşar nəticəni göstərib.

Qeyd edək ki, "Borussiya" hazırda 51 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. "Arılar" lider "Bavariya"dan 3 xal geridədirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM