Rusiyanın "Dinamo” (Moskva) klubu “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovla müqavilənin müddətini uzatmaq istəyir.
NTV Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi 35 yaşlı qolkiperin çıxışından razıdır.
Tərəflər arasında müqavilənin yenilənməsi ilə bağlı danışıqlar hələ başlamayıb.
Təcrübəli oyunçunun hazırkı sözləşməsinin müddəti bu ilin yayında başa çatacaq. Müqavilədə müddətin sonradan 1 il artırılması bəndi mövcuddur. Bu bənd qarşılıqlı razılıq əsasında avtomatik olaraq aktivləşdirilir.
Qeyd edək ki, 2023-2024-cü illər mövsümündə “Qarabağ”ın formasını geyinən Andrey Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
