Türkiyənin “Qalatasaray” klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.
NTV Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi sabiq futbolçusu Saşa Boeni geri qaytarıb.
Fransalı sağ cinah oyunçusunun bu gün İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, “Qalatasaray” Saşa Boeni 2024-cü ilin yanvar ayında 30 milyon avro qarşılığında Almaniyanın “Bavariya” klubuna satmışdı.
