satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-19 yığması Özbəkistana qalib gəlib

Azərbaycanın U-19 yığması Özbəkistana qalib gəlib

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

NTV xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89-cu dəqiqə) və Mədinə Curuqova (30-cu dəqiqə) vurublar.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM