satellite   Azerspace-1: 11135 H 30000

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ronaldu və De Xeanın rekordunu təkrarlayıb

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ronaldu və De Xeanın rekordunu təkrarlayıb

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Brunu Fernandeş Kriştianu Ronaldu və David De Xeanın rekordunu təkrarlayıb.

NTV  xəbər verir ki, Portuqaliya yığmasının üzvü Mançester təmsilçisinin azarkeşləri tərəfindən 2024/2025 mövsümünün ən yaxşı oyunçusu seçilib.

30 yaşlı yarımmüdafiəçi səsvermə zamanı Amad Diallo və Harri Maquayrı qabaqlayıb. Bununla da B.Fernandeş "Sir Matt Busby" mükafatına 4 dəfə layiq görülən üçüncü futbolçu olub.

K.Ronaldu 2004, 2007, 2008, 2022-ci illərdə mövsümün ən yaxşısı seçilib. David De Xea isə 2014, 2015, 2016 və 2018-ci illərdə bu mükafata layiq görülüb. Mükafat 1987/1988 mövsümündən etibarən hər il təqdim olunur.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2024/2025 mövsümündə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 54 oyunda 19 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM