satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasında indiyədək ən çox xal qazanan komandalar açıqlanıb

Çempionlar Liqasında indiyədək ən çox xal qazanan komandalar açıqlanıb

UEFA Çempionlar Liqasında hazırkı formatın tətbiq edildiyi 1992-1993-cü illər mövsümündən indiyədək ən çox xal qazanan klubların reytinqi açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, “transfermarkt” portalının tərtib etdiyi siyahıya İspaniyanın “Real Madrid” komandası başçılıq edir. “Kral klubu”nun aktivində 655 xal var.

İkinci pillədə 602 xalla Almaniya “Bavariya”sı qərarlaşıb. İlk “üçlüy”ü İspaniyanın digər təmsilçisi “Barselona” tamamlayır – 597 xal.

Növbəti pillələrdə, müvafiq olaraq, İngiltərənin “Mançester Yunayted” (445), İtaliyanın “Yuventus” (399), İngiltərənin “Çelsi” (356) və Portuqaliyanın “Portu” (353) klubları yer alırlar.

İtaliya “Milan”ı (340) 8-ci, İngiltərənin “Arsenal” (327) və “Liverpul” (298) komandaları isə 9-10-cu yerləri tuturlar.

Qeyd edək ki, reytinq cədvəli təsnifat mərhələləri də daxil olmaqla bütün oyunlar nəzərə alınaraq hazırlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM