satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə bürünc medal qazanıb

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə bürünc medal qazanıb

Qazaxıstanın Atırau şəhərində keçirilən "Oil Capital Cup" turnirində Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, Musa Ağayev (65 kq) 1/4 finalda gürcüstanlı Luka Janeraşviliyə tam üstünlüklə (11:0) qalib gəlsə də, yarımfinalda qazaxıstanlı Mayis Aliyevə (2:13) məğlub olub.

Daha sonra digər qazaxıstanlı güləşçi Bek Jaksilikovu (5:1) üstələyən həmyerlimiz turnirdə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) bu gün mübarizəyə qoşulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM