satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: Bu gün VI turun daha iki oyunu keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün VI turun daha iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, Şamaxıda şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək.

Görüş saat 16:30-da başlayacaq.

Günün növbəti matçı isə "Azərsun Arena"da reallaşacaq. Son ölkə çempionu "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

Qarşılaşmanın start fiti saat 19:00-da çalınacaq.

Qeyd edək ki, açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.Tura sabah baş tutacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

14 sentyabr

16:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Azərsun Arena”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM