Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Naxçıvan televiziyası klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb.
31 yaşlı yarımmüdafiəçinin baldır əzələsində zədə aşkarlanıb.
Qeyd edək ki, "sarı-qırmızılar" Superliqanın 5-ci turunda sentyabrın 14-də “Çaykur Rizəspor”la qarşılaşacaq.
