satellite   Azerspace-1: 11135 H 30000

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi qələbə qazanıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millisi qələbə qazanıb

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə start götürən 45-ci Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, I turda Nikaraqua ilə qarşılaşan yığmamız rəqibini 4:0 hesabı ilə üstələyib.

Ülviyyə Fətəliyeva – Mariya Qaranados 1:0

Gövhər Beydullayeva – Kristiana Martines 1:0

Xanım Balacayeva – Abigel Kabesas 1:0

Gülnar Məmmədova – Aleksandra Munyos 1:0

Qeyd edək ki, kişilərdən ibarət komandamız İordaniya ilə qarşılaşır. Teymur Rəcəbovun kapitanı olduğu millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM