satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər - FOTOLAR

Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər<font color=red> - FOTOLAR</font> Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər<font color=red> - FOTOLAR</font>

Naxçıvanın zəka sahibləri Türkiyənin Bitlis şəhərində keçirilən şahmat festivalında uğurlu çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, "I Betav Open"də 10 ölkədən 400 idmançı mübarizə aparıb.

Yasin Əzimov (10 yaş) və Lətif Muradlı (12 yaş) yarışın qalibi olublar. Uğur Qəribli (8 yaş) və Xanım Rzayeva (10 yaş) 3-cü pillədə qərarlaşıblar.

Təmsilçilərimiz yüksək reytinqli şahmatçıların mübarizə apardığı A qrupunda da uğur qazanıblar. Beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev və beynəlxalq usta Pərviz Qasımov 3-8-ci yerləri bölüşüblər. FIDE ustası Nəsrin Babayeva qadınlar arasında 3-cü pillədə qərarlaşıb. Şərur şahmatçısı Xatun Nəcəfova isə B qrupunda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Şahmatçılarımıza təşkilatçılar tərəfindən kubok, medal və pul mükafatı verilib.

Qeyd edək ki, digər təmsilçimiz Mirsaleh Seyidli əmsalını 77 vahid artıraraq ustalığa namizəd normativini yerinə yetirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM