satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarını keçirəcəklər

Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarını keçirəcəklər

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “AzNur” və “Birbaşa Bakı” komandaları Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında bu gün növbəti matçlarını keçirəcəklər.

Naxçıvan televiziyası xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu “AzNur” “Qalport” (İsveç) və "Andezit" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Bu oyunlar müvafiq olaraq saat 12:00-da və 19:00-da başlayacaq.

Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” isə “Livorno” (İtaliya) və "BKMK Brno" (Çexiya) klubları ilə münasibətləri aydınlaşdıracaq. Bu görüşlər müvafiq olaraq saat 14:00-da və 21:00-da start götürəcək.

Qeyd edək ki, “AzNur” ilk görüşdə Fransanın "Les Piopio" komandasına 2:1 hesabı ilə qalib gəlib. “Birbaşa Bakı” isə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM