Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edəcək. Komandalar arasındakı ilk qarşılaşmada paytaxt klubu 2:1 hesablı qələbəyə sevinib. Saat 17:00-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək.

Azərbaycan derbisində isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Neftçi”ni sınağa çəkəcək. İlk görüşdə Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə üstələyib. Saat 20:00-da start götürəcək matçda ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.

Yarımfinal, cavab oyunları

24 aprel

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Tofiq Bəhramov adına Respublika Stadionu.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM