Ötən ay 51 nəfərə elmi dərəcə verilib

Ötən ay 51 nəfərə elmi dərəcə verilib

Yanvar ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

Prezident yanında Ali Attestasiya Komissiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Həmçinin 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib.

Yanvar ayı ərzində 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM