Tələbələr istehsalat təcrübəsində olublar

Tələbələr istehsalat təcrübəsində olublar

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müvafiq ixtisaslar üzrə hamiliyə verilən tələblər Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində istehsalat təcrübəsində olublar.

Görüşdə cəmiyyəti sədri Yəhya Allahverdiyev qeyd edib ki, cəmiyyətin həmişə mühəndis kadrlara böyük ehtiyac var. Bu isə müvafiq ixtisaslar üzrə təhsillərini davam etdirən gənclərin gələcək karyerası üçün mühüm əhəmiyyət kəsb edir. Tələbələr universitetdə keçdikləri nəzəri bilikləri istehsalatda praktik olaraq yiyələnməklə gələcəyin peşəkar kadrları kimi yetişirlər. Hidrotexniki qurğu və sistemlərin iş prinsipi ilə əyani tanış olan tələbələrə cəmiyyətin məsul şəxsləri tərəfindən müvafiq sahələr üzrə məlumatlar verilib.

Cəmiyyətin şöbə müdiri Səttar Nəsirov istehsalat təcrübəsi zamanı tələbələrin Şahbuz Şəhər Su Təmizləyici Qurğu və Çirkab Su Təmizləyici Qurğular Sistemində, Heydər Əliyev və Uzunoba su anbarlarında, Kəngərli rayonundakı nasos stansiyasında, həmçinin Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsi çərçivəsində tikilmiş 5800 hektar torpaq sahəsini əhatə edən qurğular sistemində və kəhrizlərdə  olduqlarını bildirib.

Baş   məsləhətçi  Sabir Rzayev muxtar respublikanın qədim əkinçilik mədəniyyətinə malik olduğunu vurğulayıb, bu məqsədlə sututarların yaradılması, bu gün isə müasir suvarma sisteminin təkmilləşdirilməsi barədə işlərin davam etdirilməsi barədə məlumat verib.

Tələbələrdən Günay Həsənli, Məzahir Rzayev  və universitetin  müəllimi Baxşəli Mazanov təcrübələrin təşkilinə görə minnətdarlıq ediblər.
Sonda tələbələrə müasir suvarma üsullarına aid bukletlər təqdim edilib.

Hafizə Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM