Naxçıvan Dövlət Universitetində əməkdar mədəniyyət işçisi Səidə Məmmədovanın yubileyi qeyd edilib - FOTOLAR

Naxçıvan Dövlət Universitetində əməkdar mədəniyyət işçisi Səidə Məmmədovanın yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Dövlət Universitetində əməkdar mədəniyyət işçisi Səidə Məmmədovanın yubileyi qeyd edilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Fortepiano kafedrasının professoru Səidə Məmmədovanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva yubilyarın ömür yoluna nəzər salıb, mədəniyyət və incəsənətin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Universitetin rektoru Elbrus İsayev bildirilib ki, ömrünün 60 ilini muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına həsr edən Səidə Məmmədova 30 ilə yaxın müddətdə ali təhsil ocağının Konservatoriyasında kadr hazırlığı istiqamətində də öz xidmətləri ilə seçilən dəyərli ziyalıdır.

Elbrus İsayev Səidə Məmmədovaya universitet Elmi Şurasının fəxri fərmanını, portret və gül dəstəsini təqdim edib.

Sonra Universitet televiziyasının hazırladığı yubilyarın həyat və yaradıcılığına həsr olunan filmə baxış olub.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirilib ki, xor sənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən Səidə Məmmədova həm də ilk qadın dirijor kimi mədəniyyət və incəsənət sahəsində öz dəst-xətti olan sənətkarlardandır. Natəvan Qədimova yubilyarın bəstəkar kimi də peşəkar fəaliyyətindən söhbət açıb.

Azərbaycan Respublikasının xalq artisti, professor Çingiz Axundov, yubilyarın həyat və fəaliyyətindən bəhs edən “Bir ömrün sənət zirvəsi” kitabının müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalibə Hacıyeva, əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli, əməkdar mədəniyyət işçisi Etiqad Seyidov və Səidə Məmmədovanın ilk tələbələrindən olan Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin direktoru, əməkdar müəllim Məhin Orucova yubilyar haqqında xoş xatirələrini paylaşıb və təbriklərini çatdırıblar.

Sonra Universitet Konservatoriyasının, Naxçıvan Musiqi Kollecinin müəllim və tələbə heyətinin birgə hazırladığı konsert proqramı təqdim olunub.

Bakı şəhər Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin “Çinar” xor kollektivi də “Sevgili yar” mahnısı ilə konsert proqramına qatılıb. Qonaqların  ifasında “Ad libitum” triosu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Səadət Əliyeva

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM