satellite   Azerspace-1: 11135 H 30000

Patent müvəkkilliyinə namizədlərin attestasiyasının ikinci mərhələsinin sentyabrda keçirilməsi nəzərdə tutulur

Patent müvəkkilliyinə namizədlərin attestasiyasının ikinci mərhələsinin sentyabrda keçirilməsi nəzərdə tutulur

Patent müvəkkilliyinə namizədlərin attestasiyasının ikinci mərhələsinin (müsahibənin) sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

NTV xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin “Patent müvəkkili statusu almaq istəyən şəxslərin (patent müvəkkilliyinə namizədlərin) Attestasiyası Komissiyası”nın yaydığı məlumatda bildirilib.

Bu il aprelin 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən patent müvəkkili statusu almaq istəyən şəxslərin (patent müvəkkilliyinə namizədlərin) attestasiyasının test imtahanı (birinci mərhələ) keçirilib.

Test imtahanının nəticələrinə əsasən, 31 namizəd 50 və daha çox bal toplayaraq attestasiyanın ikinci mərhələsində - müsahibədə iştirak etmək hüququ qazanıb.

Müsahibə zamanı namizədlərin bilikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.2-ci bəndinə uyğun olaraq qiymətləndiriləcək. Qiymətləndirmə sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici), habelə müəlliflik hüququ (kəsişmə hallarında) sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktları, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də həmin obyektlərə dair hüquqların Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair biliklər əsasında aparılacaq.

Müsahibənin keçiriləcəyi tarix, vaxt və yer barədə əlavə məlumat veriləcək.

Namizədlərin nəzərinə çatdırılır ki, “Patent müvəkkili statusu almaq istəyən şəxslərin (patent müvəkkilliyinə namizədlərin) attestasiyasının müsahibə mərhələsində biliklərinin qiymətləndirilməsi Meyarları” Agentliyin rəsmi internet saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilib.

Əlavə məlumat almaq üçün Əqli Mülkiyyət Agentliyinin 960 nömrəli – Çağrı Mərkəzinə müraciət etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM