satellite   Azerspace-1: 11135 H 30000

Xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə təhsilinə cəlbi üçün yeni layihə hazırlanır

Xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə təhsilinə cəlbi üçün yeni layihə hazırlanır

İnternat məktəbləri şagirdlərinin, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəkdə peşə təhsilinə cəlb olunması istiqamətində yeni layihə hazırlanır.

NTV  xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.

İ.Bayramlı bildirib ki, layihənin əsas məqsədi şagirdlərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların məşğulluğuna dəstək vermək, onların peşə bacarıqlarını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir:

"Bu çərçivədə iştirakçılar müxtəlif peşə məşğələlərinə cəlb olunacaq və praktiki bacarıqlar əldə edəcəklər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM