satellite   Azerspace-1: 11135 H 30000

XİN-nə diplomatik xidmətə qəbul imtahanında 556 nəfər iştirak edib

XİN-nə diplomatik xidmətə qəbul imtahanında 556 nəfər iştirak edib

İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

 

Bu barədə NTV-yə DİM-dən məlumat verilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.

 

İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM