satellite   Azerspace-1: 11135 H 30000

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

NTV xəbər verir ki, komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Bildirilib ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Həmçinin təklif olunan dəyişikliklərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri dəqiqləşdirilir.

Məsələnin müzakirəsində komitə sədrinin müavini Fariz İsmayılzadə, komitə üzvləri Bəxtiyar Əliyev, Ceyhun Məmmədov çıxış edərək, layihə barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.

Müzakirədən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM