satellite   Azerspace-1: 11135 H 30000

Nazirlik Xankəndi şəhərində 4 nömrəli tam orta məktəbin təmirdən sonra görüntülərini yayıb - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogörüntülərini yayıb.

Nazirlikdən Naxçıvan televiziyası-a verilən xəbərə görə, Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb.

Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM