satellite   Azerspace-1: 11135 H 30000

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb

Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Naxçıvan televiziyası-a bildirilib ki, indiyədək 54 min 65 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 917 nəfərin müraciəti natamam olub, 1228 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 10 min 267 nəfərin müraciətinə imtina cavabı verilib, 385 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 41 min 268 nəfərə TTK verilib. Onların arasından 14 min 231 nəfərin müraciəti sosial TTK, 27 min 37 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM