2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında orta məktəblərdə 3797 şagird birinci sinifə başlayıb.
Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
Qeyd edək ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.
