satellite   Azerspace-1: 11135 H 30000

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda elmi konfrans keçiriləcək

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda elmi konfrans keçiriləcək

AMEA Folklor İnstitutu oktyabrın 10-da Bakıda “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirəcək.

İnstitutdan Naxçıvan televiziyası-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər 250-300 sözdən ibarət məruzə özətlərini sentyabrın 30-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə oktyabrın 3-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planına əsasən keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM