satellite   Azerspace-1: 11135 H 30000

Qarabağ Universitetində tədris sentyabrın 23-də başlayacaq

Qarabağ Universitetində tədris sentyabrın 23-də başlayacaq

Qarabağ Universitetində tədris sentyabrın 23-də başlayacaq.

Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq:

" Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik. Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər"

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM