Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIƏXAN-a bildirilib ki, təhsil müəssisələrinin yüksəkixtisaslı kadrlarla təmin edilməsi, işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqəyə kitabxana müdiri üzrə 17, kitabxanaçı üzrə isə 2 olmaqla, ümumilikdə, 19 vəzifə çıxarılıb. Həmin vəzifələrdən yalnız 3-nə 57 namizəd sənəd verib. Təhsil müəssisələrində vakant olan digər 16 vəzifəyə isə sənəd verən olmayıb.

İşə qəbul müsabiqəsinin test mərhələsində hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünya görüşünün yoxlanılmasına dair isə hər birindən 5 olmaqla, ümumilikdə, 40 test tapşırığı təqdim edilib. Sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb. Test imtahanında hər bir düzgün cavab bir balla qiymətləndirilib.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Qeyd edək ki, sualların 50 faizini və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılırlar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM