Naxçıvanda 4 şagird maksimum nəticə göstərib - VİDEO

Tam orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 4-ü muxtar respublika şagirdləridir.

Dövlət İmtahan Mərkəzindən verilən məlumatda bildirilir ki, imtahanda iştirakı nəzərdə tutulan 53 min 102 nəfərdən 479-u imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi isə ləğv olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 4-ü muxtar respublika şagirdləridir. Onlardan 2-si Naxçıvan şəhərinin, digər 2-si isə Şərur və Culfa rayonlarının ümumtəhsil məktəblərinin şagirdləridir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM