AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti növbəti iclasını keçirib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti növbəti iclasını keçirib

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyəti növbəti dəfə toplanıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Gündəlikdəki ilk məsələ 30 martda keçiriləcək “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” respublika elmi konfransına hazırlıqla bağlı olub. Hazırlığın vəziyyəti barədə məlumat verən bölmə sədri müvafiq tapşırıqlar verib.

Daha sonra bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər planı və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələr barədə məlumat verib.

Rəyasət Heyəti həmçinin AMEA Naxçıvan Bölməsi əməkdaşlarının kütləvi informasiya vasitələrində Naxçıvan Muxtar Respublikası, Qərbi Azərbaycan və Zəngəzurla bağlı məqalələrin dərc edilməsinə diqqətin artırılması, Naxçıvan Muxtar Respublikası ərazisində etnoqrafik, epiqrafik, dialektoloji, onomastik, folklor materiallarının toplanılması və öyrənilməsi üçün elmi ekspedisiyaların təşkili, keçirilməsi və başqa məsələləri müzakirə edib. Gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM