satellite   Azerspace-1: 11135 H 30000

Çin Comolunqma dağında dünyanın ən yüksək meteoroloji stansiyasını quraşdırıb

Çin Comolunqma dağında dünyanın ən yüksək meteoroloji stansiyasını quraşdırıb

Çinli mütəxəssislər mayın 4-də Comolunqma (Everest) dağında dəniz səviyyəsindən 8830 metr yüksəklikdə avtomat rejimdə çalışan meteoroloji nəzarət stansiyası quraşdırıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli mediaya istinadla xəbər verir ki, bu, dünyada ən yüksək nöqtədə yerləşən avtomat meteoroloji stansiyadır. Bildirilir ki, stansiyanın sınaqları uğurlu olub və onun məlumatları ötürmə funksiyası normal çalışır. Günəş enerjisi ilə işləyən stansiyanın qarlı və şaxtalı hava şəraitində təxminən 2 il fəaliyyət göstərəcəyi planlaşdırılıb. Stansiya hər 12 dəqiqədən bir peyk rabitəsi vasitəsilə məlumatları ötürəcək.

Çin cari il ərzində Comolunqma dağının şimal hissəsində 7028, 7790 və 8300 metr yüksəklikdəki nöqtələrdə daha 3 meteoroloji stansiya quraşdıraraq, 5200 metrdən 8300 metrədək olan hissədəki stansiyaların sayını 7-yə çatdırıb. Beləliklə, indiyədək quraşdırılmış 8 stansiya birgə fəaliyyət göstərərək, Comolunqmanın şimal hissəsində havanın temperaturu, rütubətliliyi, küləyin sürəti, istiqaməti, günəş radiasiyası və digər məlumatları toplamaqla məşğul olacaq.

Qeyd edək ki, 5 çinli mütəxəssis 8300 metr yüksəklikdə meteoroloji stansiya quraşdırmaq üçün yerli vaxtla günorta saat 12:30-da təyinat nöqtəsinə çatıblar. Onların stansiyanı quraşdırmaq üçün şaxtalı və küləkli hava şəraiti səbəbindən cəmi bir saat vaxtları olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM