satellite   Azerspace-1: 11135 H 30000

Fransa iğtişaşlara çağırış edən paylaşımlara görə sosial media platformalarını bloklaya bilər

Fransa iğtişaşlara çağırış edən paylaşımlara görə sosial media platformalarını bloklaya bilər

Fransa hakimiyyəti iğtişaşlara və zorakılığa çağırış edən paylaşımları vaxtında silməyən sosial media platformalarını bloklamağı planlaşdırır.

NTV xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti parlamentə təqdim olunan qanun layihəsinə düzəlişə istinadla məlumat yayıb.

Təşəbbüsə əsasən, internet platformaları terror hücumlarına, üsyana və silahlı mübarizəyə çağırışları ehtiva edən materialları dövlət orqanlarının tələbi ilə bir saat ərzində silməlidir. Əks halda, həmin platformaların bloklanması və ya axtarış nəticələrindən çıxarılması nəzərdə tutulur.

Düzəlişdə, həmçinin ictimai asayişi ciddi şəkildə poza biləcək qətl, zorakılıq, oğurluq və əmlakın məhv edilməsinə çağırışların 24 saat ərzində silinməsi təklif olunur.

Qanunvericilik təşəbbüsü oktyabrın 17-də Fransada keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlardan sonra irəli sürülüb. Prezident Emmanuel Makron sosial şəbəkələrdən iğtişaşların əlaqələndirilməsi və iştirakçıların müəyyən ərazilərə toplanması üçün istifadə olunduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM