satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Ukraynanın Slavyansk şəhərini bombalayıb: ölənlər və yalananlar var

Rusiya Ukraynanın Slavyansk şəhərini bombalayıb: ölənlər və yalananlar var

İyulun 24-si səhəri Slavyanskda partlayış səsləri eşidilib. Rusiya ordusu şəhərə aviabombalar atıb. Ölən və yaralananlar var, yaşayış binalarına, bir müəssisəyə və diplomatik nümayəndəliyə ziyan dəyib.

NTV bu barədə regional hərbi administrasiyanın rəhbəri Vadim Filaşkinə istinadla xəbər verir.

Slavyanskın bombalanması nəticəsində beş nəfər həlak olub, doqquz nəfər yaralanıb. Rəqəmlər yenilənir.

Bombalar on fərdi evi dağıdıb. Bir müəssisə və Latviya Respublikasının fəxri konsulluğunun binasına da ziyan dəyib.

“Ruslar şəhərlərimizə hər gün hücum edirlər və ardıcıl ikinci gündür ki, onların hücumları Slavyanskda çoxsaylı itkilərə səbəb olub”, -deyə Filaşkin əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM