satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr Prezidenti BMT Baş katibinin adaya səfərinin səmərəli olacağının şərtlərini açıqlayıb

Şimali Kipr Prezidenti BMT Baş katibinin adaya səfərinin səmərəli olacağının şərtlərini açıqlayıb

BMT-nin Baş katibi Antonio Quterreşin Kiprə qarşıdan gələn səfəri adadakı münaqişənin qəti həlli istiqamətində sanballı addım kimi qəbul edilə bilməz.

NTV xəbər verir ki, bu fikri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman yerli televiziya kanalında bildirib.

Kipr türklərinin lideri izah edib ki, Kiprlə bağlı uğurlu danışıqlar prosesi üçün lazımi təməl hələ qurulmayıb. Siyasətçi bildirib: “BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri yalnız adada etimad atmosferini gücləndirmək üçün konkret addımlara gətirib çıxaracağı və ya bu istiqamətdə əlavə tədbirlər üçün təməl qoyacağı təqdirdə əhəmiyyətli olacaq”.

Eyni zamanda, T. Erhürman səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq A. Quterreşin ikigünlük səfərinin rəsmi “vida səfəri” olacağı iddialarını rədd edib.

“BMT Baş katibinin gündəliyinin intensivliyi Kiprdə etimad quruculuğu tədbirlərinin BMT gündəliyindən kənarda qalmadığını göstərir. BMT Baş katibi Lefkosanın mövqeyini yaxşı bilən ciddi fiqurdur. A. Quterreşin nümayəndə heyətinə tanınmış siyasətçilər və ekspertlər daxildir. Hər şey BMT-nin Kiprlə bağlı gündəliyindən imtina etmədiyini göstərir”, - deyə ŞKTC Prezidenti bildirib.

Yeni “5+1” dialoq platformasının (iki Kipr icması, üç qarant dövlət - Türkiyə, Böyük Britaniya, Yunanıstan və BMT - redaktorun qeydi) formalaşdırılması ehtimalını şərh edən T. Erhürman qeyd etdi ki, bu məsələ BMT Baş katibi ilə danışıqlar üçün ilkin şərt deyil, lakin konkret nəticələr üçün zəmin mütləq lazımdır.

“Əgər bu, “5+1” formatıdırsa, onda hansı konkret məsələlərin razılaşdırıla biləcəyini əvvəlcədən bilməliyik. Məncə, əsas maraqlı tərəflər Kiprdə yaşayan türklər və yunanlar olaraq qalırlar. Qarant dövlətlər onlara təsir edən ayrı-ayrı məsələlər üzrə prosesdə iştirak edə bilər, lakin “5+1” formatı Kipr icmalarının liderlərinin görüşlərini arxa plana atmamalıdır”, - deyə o bildirib.

T. Erhürman müsahibənin sonunda ŞKTC və Türkiyənin Kiprlə bağlı mövqelərinin üst-üstə düşdüyünü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM