satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Pakistanda leysan yağışlardan sonra yaranan daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

NTV xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, iyulun 19-dan bəri başlayan musson mövsümündə yağan güclü yağışlar Xayber Paxtunxva, Pəncab və Gilgit Baltistan əyalətlərində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Hakimiyyət orqanları Xayber Paxtunxvada 20 nəfərin, Pəncabda isə 17 nəfərin güclü yağışlarla bağlı hadisələrdə, o cümlədən daşqınlar, ildırım və elektrik cərəyanı vurması nəticəsində öldüyünü açıqlayıb. Bu, ölkədə güclü yağışlarla bağlı ölənlərin ümumi sayını 37-yə çatdırıb.

Bu arada, Gilgit Baltistan və Pakistanın idarə etdiyi Azad Cammu və Kəşmir bölgəsində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri məhsuldarlığa və evlərə də ciddi ziyan vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM