ABŞ İranla münasibətləri kökündən dəyişdirməyə hazırdır.
NTV xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İsveçrədə İran nümayəndələri və digər vasitəçilərlə keçirdiyi görüşlə bağlı danışarkən deyib.
“İran və ABŞ arasında heç vaxt bu qədər yüksək səviyyəli görüşlər keçirilməmişdi. Prezidentin bizdən istədiyi əsas məqsəd İran xalqı ilə münasibətlərdə yeni bir səhifə açmaqdır. ABŞ İran xalqına çatdırmaq istəyir ki, əgər ölkə rəhbərliyi regional qeyri-sabitliyin əsas hərəkətverici qüvvəsi olmaqdan imtina etsə və uzunmüddətli nüvə silahı əldə etmək ambisiyalarına son qoysa, Vaşinqton da İranla münasibətləri köklü şəkildə dəyişməyə hazırdır. Məqsədimiz məhz budur”, - deyə Vens əlavə edib.
