satellite   Azerspace-1: 11135 H 30000

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

Bu il Türkiyədə keçiriləcək üç böyük beynəlxalq tədbir ölkəyə ən azı 120 min xarici qonaq cəlb edəcək.

 

NTV xəbər verir ki, söhbət iyulun 7-8-də Ankarada keçiriləcək, 32 liderin iştirak edəcəyi NATO sammiti, oktyabrın 5-9-də Antalyada NEST Konqres Mərkəzində keçirilməsi planlaşdırılan 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) və 196 ölkənin nümayəndələrinin iştirakı ilə noyabrın 9-20-da Antalya Expo Mərkəzində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP31) qarşıdan gələn 31-ci sessiyasından gedir.

 

Bazar günü Türkiyə mediasında yer alan ekspert proqnozlarına görə, Ankara və Antalyada keçiriləcək müzakirələr Türkiyənin imkanlarını dünyaya təqdim etmək üçün çox güclü təkan verəcək.

 

Türkiyə turizm sənayesi nümayəndələrinin qarşıdan gələn tədbirlərlə bağlı ciddi gözləntiləri var, müzakirələrin keçdiyi günlər otellərin 100 faiz dolu olacağı gözlənilir.

 

Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) idarə heyətinin üzvü Hamit Kuk qeyd edib ki, beynəlxalq tədbirlər, xüsusən də dünyanın hər yerindən ən azı 80 min nümayəndənin iştirakı gözlənilən Antalyada keçiriləcək COP31 zamanı “əhəmiyyətli turizm bumu” yaradacaq.

 

Eyni zamanda, “IAC 2026”da iştirak etmək üçün Türkiyənin turizm paytaxtına “NASA”, “Avropa Kosmik Agentliyi”, “JAXA” və “ISRO” kimi təşkilatların, eləcə də “SpaceX”, “Boeing” və “Airbus” texnologiya nəhənglərinin nümayəndələri gələcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM