satellite   Azerspace-1: 11135 H 30000

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə "GMA news" Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şuranın (NDRRMC) hesabatına istinadən məlumat yayıb.

Bundan başqa, 1,4 milyondan çox insan və ya 346 mindən çox ailə zərər çəkib.

Zəlzələ nəticəsində 74 657 ev zədələnib, o cümlədən 13 681 ev tamamilə, 60 976 ev isə qismən dağılıb. Həmçinin 770-dən çox infrastruktur obyekti zədələnib, dəymiş ziyan 148 milyon Filippin pesosu (2,4 milyon dollardan çox) məbləğində qiymətləndirilir.

Seysmoloqlar zəlzələdən sonra 7 461 afterşok qeydə alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM