satellite   Azerspace-1: 11135 H 30000

Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir

Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir

Moskvanın hava limanlarında reyslərin gecikməsi və ləğv olunması səbəbindən 12 mindən çox sərnişin qalıb.

NTV xəbər verir ki, Rusiya mediasında yayılan məlumatlara görə, paytaxt aeroportlarında 60 təyyarə iki saatdan çox gecikib, 80 təyyarə digər hava limanlarına yönləndirilib, 70 uçuş isə ləğv edilib.

Uçuş cədvəlinin dəyişməsinə dron hücumlarının səbəb olduğu, hazırda 12 min 400 sərnişinin aeroportlarda uçuş gözlədiyi bildirilir.

Qeyd olunur ki, hava limanları təyyarələrin uçuş və enişinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Moskva nəqliyyat prokurorluğu aviaşirkətlərin müştərilərinin hüquqları ilə bağlı Rusiya qanunvericiliyinə riayət olunmasını izləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM