satellite   Azerspace-1: 11135 H 30000

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Nigerin paytaxtı Niameydə yerləşən hava limanı ərazisində partlayışlar və atışma səsləri eşidilib.

NTV  “Reuters”ə istinadla xəbər verir ki, hadisə cümə axşamı səhər saatlarında baş verib. Şahidlərin sözlərinə görə, ilk partlayışlar yerli vaxtla saat 06:00 radələrində qeydə alınıb və bir müddət sonra da atəş səsləri eşidilib. Məlumata görə, təhlükəsizlik qüvvələri hava limanı ərazisini mühasirəyə alıb. Obyektin hücuma məruz qaldığı bildirilib.

Qeyd edək ki, Niger və qonşu Mali, Burkina Faso ölkələri son illərdə terror qruplarının hücumları ilə üzləşir. Regionda bu qrupların fəaliyyəti təhlükəsizlik vəziyyətini mürəkkəbləşdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM