satellite   Azerspace-1: 11135 H 30000

Aİ sorğusu: Yeniyetmələr sosial şəbəkələrin təsirini daha müsbət qiymətləndirirlər

Aİ sorğusu: Yeniyetmələr sosial şəbəkələrin təsirini daha müsbət qiymətləndirirlər

Avropa İttifaqında (Aİ) yeniyetmələr sosial şəbəkələrin psixi sağlamlıqlarına təsirini valideynləri ilə müqayisədə daha müsbət qiymətləndirirlər.

NTV  “Tagesspiegel” xəbər xidmətinə istinadla bildirir ki, bu, Avropa Komissiyasının sifarişi ilə aparılmış sorğunun nəticələrində əksini tapıb.

Araşdırmada iştirak edən 13-18 yaşlı gənclərin 48 faizə yaxını sosial şəbəkələrin onların psixi vəziyyətinə müsbət təsir göstərdiyini bildirib. Valideynlər arasında bu fikri bölüşənlərin payı isə cəmi 21 faiz təşkil edib. Yeniyetmələrin 18 faizi sosial mediadan istifadənin mənfi təsirləri olduğunu qeyd etdiyi halda, valideynlərin 36 faizi belə təsirlərin mövcud olduğunu düşünür. Sorğunun iştirakçısı olan gənclərin təxminən üçdəbiri sosial şəbəkələrin psixi sağlamlığa nə müsbət, nə də mənfi təsir göstərdiyini bildirib.

Avropa Komissiyasının yaratdığı ekspert qrupu uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlərin tətbiqi imkanlarını da araşdırır. Qrupun bu məsələ ilə bağlı tövsiyələrini iyulun 13-də təqdim edəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM