Zimbabvenin Masvinqo əyalətində yük qatarının avtobusla toqquşması nəticəsində 9 nəfər həlak olub, 26 nəfər yaralanıb.
NTV Zimbabvenin “ZBC NEWS” yayım korporasiyasına istinadla xəbər verir ki, yaralılar arasında azyaşlılar da var.
Qəzanın səbəbləri araşdırılır. Zimbabve Milli Dəmir Yolları sürücüləri dəmir yolu keçidlərində təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
