satellite   Azerspace-1: 11135 H 30000

Serbiya Gürcüstanda səfirlik açacaq

Serbiya Gürcüstanda səfirlik açacaq

Tbilisidə Serbiyanın səfirliyi fəaliyyətə başlayacaq.

NTV  xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiçlə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündən sonra bildirilib.

İrakli Kobaxidze Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfərini yüksək qiymətləndirib. Bildirib ki, Serbiyanın Tbilisidə səfirlik açması ilə bağlı qərarı son dərəcə vacib bir addımdır.

"Əminəm ki, diplomatik nümayəndəlik ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək", - deyə Baş nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM