satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Qazaxıstan 2030-cu ilə qədər dəmir yolu tranzit daşımalarını 67 milyon tona çatdırmağı planlaşdırır.

NTV  Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə nəqliyyat naziri Nurlan Sauranbayev bildirib.

Onun sözlərinə görə, son beş ildə tranzit daşımaları 20 milyon tondan 33 milyon tona qədər artıb və 2040-cı ilə qədər bu rəqəmin 100 milyon tona çatması planlaşdırılır.

Nazir qeyd edib ki, hazırda Qazaxıstan Çindən Avropaya gedən quru yüklərinin təxminən 80 faizini idarə edir.

Ölkə terminal infrastrukturunu inkişaf etdirməyə davam edir. Hazırda beynəlxalq marşrutlar üzrə yeddi terminal fəaliyyət göstərir və daha yeddi analoji obyekt tikilir.

Bundan əlavə, dəmir yolu sənayesinin rəqəmsallaşdırılması üçün səylər göstərilir. Gələcək plan süni intellekt və böyük məlumatların analitikasından istifadə edərək “Smart Rail” sisteminin tətbiqidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM