satellite   Azerspace-1: 11135 H 30000

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Brüssel ABŞ Prezidenti Donald Trampın “Rusiyaya qarşı maksimum təzyiq strategiyasından” imtina edərək Avropanın iştirakı olmadan Ukrayna münaqişəsini həll edə biləcəyindən qorxur.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa rəsmiləri ABŞ Prezidentinin İran böhranı yükündən azad olduqdan sonra Ukrayna üzrə danışıqları nəzarətə götürməyə cəhd edə biləcəyindən narahatdır. Onlar Avropanın kənarda qalacağından və ABŞ liderinin Rusiyaya maksimum təzyiq göstərmək və Ukraynanı tam dəstəkləmək strategiyasından imtina edəcəyindən qorxurlar.

Qeyd edək ki, Donald Tramp və “Böyük yeddilik” ölkələrinin digər liderləri iyunun 16-da keçiriləcək G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməlidir. İyunun 15-də Ağ Evin rəhbəri İranla sülhə nail olunduqdan sonra Ukrayna böhranın da həllinin vacib olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM