satellite   Azerspace-1: 11135 H 30000

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 808 nəfərə çatıb, 192 nəfər dünyasını dəyişib.

NTV xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyinin məlumatında deyilir.

İyunun 15-də 26 yeni təsdiqlənmiş yoluxma və 11 ölüm hadisəsi qeydə alınıb və bununla da xəstəlikdən ölüm nisbəti 23,8 faizə çatıb. Epidemiya başlayandan bəri ümumilikdə 363 pasient təcrid olunub, 48 nəfər isə sağalıb.

Xəstəliyin ən çox yayıldığı üç əyalətdə - İturi, Şimali Kivu və Cənubi Kivuda cavab tədbirləri davam edir.

Qeyd edək ki, mayın 15-də Konqoda Ebola-Bundibuqio epidemiyası rəsmən elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM