satellite   Azerspace-1: 11135 H 30000

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

ABŞ və İran arasında razılaşmadan sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpası bir neçə həftədən bir aya qədər çəkə bilər.

NTV xəbər verir ki bunu dünyanın ən böyük tanker donanması operatoru “Mitsui O.S.K. Lines” şirkətinin baş direktoru Zetaro Tamura “Financial Times” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, gəmiçilik şirkətləri normal fəaliyyətə qayıtmaq üçün tələsmirlər və əldə edilən razılaşmaların boğazdan təhlükəsiz keçidi təmin etməsini gözləyəcəklər.

“Bunun azı bir neçə həftə, bəlkə də, bir ay çəkəcəyini düşünmək məntiqlidir”, - deyə Tamura bildirib.

“Financial Times” qəzetinin məlumatına görə, hazırda yüzlərlə gəmi boğazdan təhlükəsiz keçidi gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM