satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Yaponiyada gənə vasitəsilə yayılaraq yüksək ölüm riski daşıyan və ağır qızdırma ilə müşayiət olunan trombositopeniya sindromu (SFTS) üzrə yoluxmaların sayı artıb.

NTV Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi İnstitutu məlumat yayıb. Bildirilib ki, iyunun 7-dək ölkədə 72 yoluxma halı qeydə alınıb.

Yaponiyanın səhiyyə naziri Keniçiro Ueno xəstələrin sayının artdığını bildirərək əhalini ehtiyatlı olmağa çağırıb. Mütəxəssislər gənələrin ən aktiv olduğu yaz-payız aylarında açıq ərazilərdə qoruyucu tədbirlərə əməl etməyi tövsiyə edirlər.

Qeyd edək ki, SFTS əsasən gənə sancması ilə yayılır və ölüm göstəricisi 10-30 faiz arasında dəyişir. Xəstəliyə qarşı peyvənd olmasa da, Yaponiyada antiviral dərman istifadəyə təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM