satellite   Azerspace-1: 11135 H 30000

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən dərc edilən “Qlobal sülh indeksi – 2026” (“Global Peace Index 2026”) hesabatına görə, dünya üzrə silahlı münaqişələrin sayı İkinci Dünya müharibəsinin sonundan bəri ən yüksək səviyyəyə çatıb, qlobal sülh səviyyəsi isə ardıcıl 12-ci ildir ki, pisləşib.

NTV  hesabata istinadla xəbər verir ki, qlobal sülhün orta səviyyəsi son bir ildə 0,7 faiz azalıb. Reytinqə daxil olan 163 ölkə və ərazidən 99-da vəziyyət pisləşib, yalnız 62-də yaxşılaşıb. Ümumilikdə, 119 ölkə 2008-ci illə müqayisədə daha az dincdir.

Hesabatda deyilir: “Münaqişələrin artması IEP-in “Böyük parçalanma” adlandırdığı və 2000-ci illərin sonlarında başlayan beynəlxalq sistemin daha geniş struktur transformasiyasının içərisində yer alır”. Bu fenomen beynəlxalq institutların zəifləməsi, geosiyasi rəqabətin güclənməsi və münaqişələrin artan beynəlmiləlləşməsi ilə xarakterizə olunur.

Qeyd olunur ki, son beş ildə xarici münaqişələrə cəlb olunmuş ölkələrin sayı 2008-ci ildəki 59-dan 2026-cı ildə 103-ə yüksəlib. Bununla yanaşı, beynəlxalq səviyyəli dövlətdaxili münaqişələrin sayı 2010-cu ildən bəri 175 faizdən çox artıb.

2025-ci ildə zorakılığın qlobal iqtisadiyyata təsiri alıcılıq qabiliyyəti pariteti baxımından 21,8 trilyon dollar olaraq qiymətləndirilir ki, bu da qlobal ÜDM-in 10,5 faizinə və ya dünyada adambaşına 2657 dollara bərabərdir.

İslandiya ardıcıl 19-cu ildir ki, dünyanın ən dinc ölkəsi olaraq qalır, ardınca Yeni Zelandiya, İsveçrə, Sloveniya və İrlandiya gəlir. Rusiya ən az dinc ölkə kimi qiymətləndirilib, ardınca Sudan, Konqo Demokratik Respublikası, Ukrayna və İsrail gəlir.

Hesabatda Cənubi Qafqazda sülh və təhlükəsizlik ilə bağlı şərhdə deyilir: Azərbaycanla Ermənistan arasında normallaşma prosesi 2025-ci ildən 2026-cı ilə qədər əhəmiyyətli dərəcədə irəliləyib. İki ölkə 2025-ci ilin avqust ayında ABŞ-da sülh sazişini paraflayıb və sonrakı addımlar sərhəd demarkasiyası, yanacaq daşınması və Azərbaycanı Naxçıvan anklavı ilə birləşdirən nəqliyyat dəhlizinin planlaşdırılan tikintisini əhatə edib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM