satellite   Azerspace-1: 11135 H 30000

Ünal Üstel: Şimali Kipr Azərbaycanla birbaşa reyslərin tezliklə açılmasına ümid edir

Ünal Üstel: Şimali Kipr Azərbaycanla birbaşa reyslərin tezliklə açılmasına ümid edir

Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında birbaşa çarter reyslərin tezliklə açılacağına ümid edir.

NTV Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ŞKTC-nin Baş naziri Ünal Üstel bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və ŞKTC arasında çarter reyslərinin açılması məsələsində əhəmiyyətli irəliləyiş əldə olunub.

"Azərbaycanın Baş naziri (Əli Əsədov - red.) və aidiyyəti nazirliklərlə aparılan işlər nəticəsində Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında çarter reyslərinin açılması məsələsində mühüm mərhələyə çatılıb. İnanıram ki, imzalayacağımız əməkdaşlıq müqavilələri ilə birlikdə ən yaxın zamanda müntəzəm çarter reyslərinin açılmasının şahidi olacağıq".

Yeni aviareysin yalnız nəqliyyat marşrutu deyil, həm də turizm, ticarət, təhsil və qardaşlıq əlaqələrinin inkişafına töhfə verən körpü olacağını vurğulayan Üstel Azərbaycan və ŞKTC arasında münasibətlərin bundan sonra da güclənəcəyini bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM