satellite   Azerspace-1: 11135 H 30000

Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib

Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib

Londonda bu gün on minlərlə insanın iştirakı ilə iki rəqib aksiya keçirilib.

NTV BBC-yə istinadla xəbər verir ki, aksiyalardan biri ifrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi “Unite the Kingdom” yürüşü, digəri isə Fələstinə dəstək nümayişi olub. Paytaxtda təhlükəsizliyi təmin etmək üçün 4 mindən çox polis əməkdaşı səfərbər edilib. Əməliyyat zamanı dronlardan, atlı polis dəstələrindən istifadə olunub, həmçinin zirehli texnika ehtiyatda saxlanılıb.

Metropoliten polisi bildirib ki, bu əməliyyat son illərin ən böyük təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Yerli vaxtla saat 16:30-a olan vəziyyətə əsasən ümumilikdə 31 nəfər saxlanılıb. Polis qüvvələri iki ayrı aksiyada iştirak edənlərin bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün marşrutlar boyunca baryerlər quraşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM