satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edib

Yaponiya güclü zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edib

Yaponiya hökumətinin Zəlzələ Tədqiqatları Komitəsinin mütəxəssisləri ölkədə yaxın vaxtlarda güclü zəlzələnin baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

NTV xarici mediaya istinadla xəbər verir ki, yapon mütəxəssislərinin fikrincə, tektonik plitələrin tədricən yerdəyişməsi ilə xarakterizə olunan “yavaş sürüşmə” prosesi sürətlənib. Bu hal aprelin 20-də Aomori prefekturası sahillərində baş vermiş 7,7 bal gücündə zəlzələnin episentri yaxınlığında qeydə alınıb.

Seysmoloqlar bildirirlər ki, bölgədə tektonik plitələrin hərəkəti sürətlənməkdə davam edərsə, 7 və ya daha yüksək maqnitudalı zəlzələlərin baş verməsi mümkündür.

Mütəxəssislər qeyd ediblər ki, oxşar proseslər 2011-ci ilin martında Yaponiyada baş vermiş 9 bal gücündə dağıdıcı zəlzələdən əvvəl də müşahidə olunmuşdu. Bu səbəbdən yerli sakinlərə ehtiyatlı olmaq və mümkün təbii fəlakətə hazırlaşmaq tövsiyə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM